Məşhur aktyor arvadını "İphone" ilə döydü (FOTO)

Məşhur aktyor arvadını İphone ilə döydü (FOTO)
Şou-biznes 3440

 

Məşhur aktyor Conni Dep aktrisa həyat yoldaşı Ember Hördü döyüb.

BAKU.WS xarici KİV-ə istinadən məlumat verir ki, Ember əri tərəfindən zorakıllığa məruz qalması ilə əlaqədar məhkəməyə müraciət edib. 

Məhkəməyə üzündə sarğı ilə qatılan aktrisa döyülmə faktını təsdiq edən fotoları hakimə təqdim edib. O bildirib ki, Conni Dep "İphone" telefonunu üzünə çırpıb, daha sonra saçlarını yolub, döyüb. Aktrisa bildirib ki, Dep bunu içki və narkotikin təsirindən edib.

Ember məhkəmədən ərinə uzaqlaşdırma əmri verilməsini istəyib. Los-Anceles məhkəməsi Conni Depin Ember Hördə yaxınlaşmasını qadağan edən qərar çıxarıb. Qərara əsasən, Dep iyunun 17-nə təyin edilmiş dindirilməyə qədər arvadı ilə əlaqə saxlaya bilməz. 

Conni Dep isə mətbuat-turunda olduğundan məhkəmədə onu vəkili təmsil edib.

Qeyd edək ki, cütlük 2015-ci ildə ailə həyatı qurub.

BAKU.WS

 

Oxşar xəbərlər

Son xəbərlər