Conni Depp və Amber Hördün məhkəməsində YEKUN QƏRAR

Conni Depp və Amber Hördün məhkəməsində YEKUN QƏRAR
Şou-biznes 257

Hollivud ulduzları Conni Deplə keçmiş həyat yoldaşı Amber Hörd arasındakı qalmaqallı məhkəmə prosesində yekun qərar məlum olub.

BAKU.WS xarici mətbuata istinadla xəbər verir ki, məhkəmə Deppə böhtan atdığına görə Hördün təzminat ödəməsinə dair qərar qəbul edib.

Amber keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəyəcək.

Qeyd edək ki, Depp və Hörd arasında münasibətlər 2011-ci ildə başlayıb. 2014-cü ilin yanvarında Depp aktrisaya evlilik təklifi edib. Bir il sonra onlar evləniblər. Lakin 2016-cı ilin mayında Hörd boşanmaq üçün ərizə yazıb.

Son xəbərlər