“Bəyin oğurlanması” filminin çəkildiyi ev 33 il sonra (VİDEO)
Bu ev kinoda qız evi kimi tanınan İsrafil, yəni Yaşa Nurninin evidir. Ev bu günə qədər qorunub, saxlanılıb. Sadəcə bir kiçik dəyişiklik var. O da pilləkənlərdəki sürahilərin çıxarılmasıdır. Bəyin Oğurlanması filminin demək olar ki bütün çəkliş meydançası bu kəndə qurulub. 1985-ci ildə lentə alınan filmin çəklişinə kənd sakinlərinin də marağı böyük olub. 3 ay davam edən çəkilişlərdə epizodik rollarda elə kənd sakinləri də yer alıb. Filmin çəkilişində bir neçə məkandan istifadə olunub. Onlardan biri də bu evdir. Nəsibə xanımın roldakı evi bu günə qədər qorunub. Səhər yeməyi və dialoq bu məkanda çəkilib. Öz evlərini kino çəkilməsi üçün sevə-sevə sənətkarlara həvalə edən ev sahibləri indi o filmi izlədikdə böyük sevinc hissi duyduqlarını deyirlər. Qeyd edək ki, Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişinə bu gün 19:55-də aparıcı Amil Xəlilin təqdimatında baxa bilərsiniz.BAKU.WS
Oxşar xəbərlər
Toyda kütləvi dava - qız tərəfi bəyin qardaşlarını və əmisini döydü (VİDEO)
Salyanda toyda kütləvi dava olub, 3 nəfər xəsarət alıb.BAKU.WS APA-ya istinadla xəbər verir ki, axşam saatlarında Salyan rayonunun Kürsəngi kəndində toyda kütlə...