Azərbaycanda toy karvanı hər kəsin marağına səbəb olub - VİDEO

Azərbaycanda toy karvanı hər kəsin marağına səbəb olub - VİDEO
Video
Şou-biznes 4638

Bərdədə bir toy karvanı hər kəsin marağına səbəb olub. Belə ki, gəlin gətirmək üçün müasir lüks avtomobillərdən yox, retro avtomobillərdən, daha dəqiq desək, "Qaz -24" volqalardan istifadə olunub. Maraqlıdır ki, təşəbbüs bəyin atasından gəlib.

Ötən əsrin 70-80-ci illərininən prestijli avtomobilləri olan "Qaz-24"lərdən ibarət toy karvanı izləyənlərin marağına səbəb olub.

Asim Qocayevin şad günü qeyri-adi olsun deyə atası Rasim Qocayev təşəbbüs göstərib.Gəlini gətirməyə dövrünün ən dəbdəbəli maşını olan volqalarla gediblər.

Avtomobili bəyin atası sürüb. Digər 8 "Volqa" ilə birlikdə Beyləqandan Bərdənin Seyidyusifli  kəndinə  gəlin gətiriblər. Bu həm bəyin, həm də gəlin Samirə Qocayevanın ürəyincə olub.

Bərdə küçələrində gəzən toy kərvanı sakinlərin də maragına səbəb olub.

BAKU.WS "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir.

Oxşar xəbərlər

Bakı küçələrində şütüyən lüks avtomobillər kimindir?  - FOTO

Bakı küçələrində şütüyən lüks avtomobillər kimindir? - FOTO

Bakı küçələrində sakinlərin böyük marağına səbəb olan və həvəskar kamera ilə lentə alınan bahalı avtomobillərin kimə məxsus olduğu məlum oldu. Həmin lüks avtomo...

10744 Sosial 16:30 27 may 2016

Son xəbərlər