Bakı küçələrində şütüyən lüks avtomobillər kimindir? - FOTO

Bakı küçələrində şütüyən lüks avtomobillər kimindir?  - FOTO
Sosial 10751
 

Bakı küçələrində sakinlərin böyük marağına səbəb olan və həvəskar kamera ilə lentə alınan bahalı avtomobillərin kimə məxsus olduğu məlum oldu. Həmin lüks avtomobillər naxçıvanlı oliqarx "Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axunovun oğluna və ailə üzvlərinə məxsusdur. Musavat.com-un apardığı araşdırma nəticəsində "200” seriyalı, dəyəri yüz minlərlə dollarla ölçülən lüks avtomobillərin naxçıvanlı oliqarxın oğlu və qardaşlarının övladlarına məxsus olduğu üzə çıxıb. Naxçıvanlı oliqarxın oğlu Allahverdi Axundov və qardaşı uşaqları öz instagram səhifələrində "200” seriyalı avtomobillərini böyük maraqla nümayiş etdirirlər.

Avtomobil kolleksiyası arasında qiyməti 650 min dolardan baha olan "Lamborghini Aventador”, 350 min dollar dəyəri olan "Ferrari 458 Speciale”, "Mercedes”, "Maseratti”, "Audi” kimi bir çox markaların lüks modelləri yer alır. İstagram səhifələrində Axundovlar ailəsinin üzvləri bahalı avtomobilləri ilə yanaşı lüks həyat tərzlərini də nümyiş etdirirlər.

Diqqət çəkən məqamlardan biri isə onların İstagram səhifəsində minlərlə izləyicilərinin olmasıdır. Bu avtomobilləri almağı xəyal belə edə bilməyən şəxslər oliqarx övladlarının həyatını izləməklə necə deyərlər, "gözlərinin qurdunu” öldürürlər.

Xatırladaq ki, "Şərurlu İsfəndiyar”ın oğlu Allahverdi bir müddət əvvəl universitetə 650 min dollarlıq "Lamborghini Aventador” ilə gedərkən görüntülənmişdi. Bundan sonra iş adamı mətbuata açıqlamasında xəbəri təkzib etsə də, daha sonra jurnalistlərə qəzəblənərək, "lap elə vertolyotum da var” demişdi. Naxçıvanlı oliqarxın oğlu bir daha öz avtomobil kolleksiyası ilə gündəmə gəlib. Bu dəfə oliqarx oğlu tək yox, qardaşı və əmisi oğulları ilə birlikdə... Axundovlar öz isntagram səhifələrində 10 VK 200, 10 VV 200, 10 UU 200, 10 EA 200, 10 DR 200, 10 OX 200, 10 OV 200, 10 LN 200, 10 KO 200, 10 VO 200 dövlət nömrə nişanlı avtomobillərinin paylaşıblar. "200” seriyalı avtomobilləri paylaşanların hər biri soyadını Axundov olaraq qeyd edib.

Axundovlar ailəsinin toy mərasimlərində "200” seriyalı avtomobillərin kartejini də görmək mümkündür. Axundovlar ailəsinin gənc üzvləri lüks avtomobilləri ilə fotolarını əsasən paytaxtın zənginlər toplaşan məkanlarında, restoranlarda, dəbdəbəli villaların qarşısında çəkdirirlər. Qeyd edək ki, "Şərurlu İsfəndiyar”ın adı mətbuatda daim qalmaqallar da hallanıb. Bakıda tikinti sektorunda geniş paya sahib olan Axundovun şirkətlərində dəfələrlə sakinlərə məxsus mənzillərin bir neçə nəfərə satılması, alqı-satqı işləri zamanı vətəndaşalrın aldadılması məsələsi gündəmə gəlib. Oxucular üçün də maraqlı olduğunu düşünürək

Axundovların lüks avtomobillərinin fotolarını təqdim edirik:

BAKU.WS

Son xəbərlər