Toy mərasimində bəy və gəlini öpmək qadağan edildi
Türkiyədə toy mərasimində qəribə hadisə baş verib.
BAKU.WS-in məlumatına görə, Mersin şəhərində baş tutan toy mərasimində 20 yaşındakı Aişə Kızmazla 21 yaşındakı Mustafa Şeker ailə həyatı qurub. Toyda qonaqlara qripə görə öpüşməyi qadağan ediblər. Qonaqlara "Gəlin və bəyi öpməyin" deyə anons edilib. Toyda yalnız bəyin gəlini öpməsinə icazə verilib.
Bu xəbərdarlıqdan sonra qonaqlar öpüşməməyə diqqət göstərib. Xına mərasimindən sonra bəyin dayıları gəncləri öpdüyü üçün daha bir anons edilib. Öpüşməyə qadağa qoyulan toyda qonaqlar bəy və gəlini ancaq salamlaşaraq təbrik ediblər.
BAKU.WS
Oxşar xəbərlər
Gəlin bu rəqsi ilə internetdə rekord qırdı (VİDEO)
Türkiyədə toy mərasimində rəqs edən gəlin hər kəsin diqqətini çəkib. BAKU.WS-in məlumatına görə, əlində qaşıqlarla rəqs edən gəlin toya gələn qonaqları valeh...