Bakıda toyda şok olay: keçmiş qayınanası gəlini rüsvay eləmək istədi

Bakıda toyda şok olay: keçmiş qayınanası gəlini rüsvay eləmək istədi
Şou-biznes 2520

 

Oktyabrın 5-də Bakının məşhur şadlıq evlərinin birində baş tutan toyda şok olay yaşanıb.

BAKU.WS-in AzNews.az-a istinadən verdiyi məlumata görə, toyun ortasında gəlinin əvvəlki adaxlasının anası "intiqam” almaq üçün çağırılmadan məclisə təşrif buyurub. Onun bu gəlişi hər iki tərəfdə çaşqınlıq yaradıb.   Belə ki, gəlinin sabiq adaxlısının anası onun oğlu ilə birlikdə olduğu şəkillərini bəyin qarşısına qoyub. Onun bu hərəkəti bəyi özündən çıxarıb. Evləndiyi qadının illər öncə başqası ilə çəkilmiş şəkillərini görən bəy masanın üstündəki boşqabları sabiq qayınanaya tərəf atıb.  Bəyin bu hərəkəti ortalığı bir az da qızışdırıb. Toya dəvətsiz gələn qadın gəlinə hücum çəkərək saçını yolub və boğmağa başlayıb. Hadisəni belə görən qonaqlar araya girərək hər iki tərəfi sakitləşdirib.  Nəticədə sabiq qayınana şəkilləri ilə birlikdə zaldan bayıra atılıb. Bundan sonra toy davam edib. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Bakıda toyda dava düşdü, tıxac yarandı (VİDEO)

Bakıda toyda dava düşdü, tıxac yarandı (VİDEO)

Bakıda toyda dava düşdü, tıxac yarandı. BAKU.WS criminal.az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 1-nə keçən gecə Qaraçuxur qəsəbəsi ərazisindəki ''Orio...

1630 Hadisə 10:47 01 oktyabr 2015

Son xəbərlər