ARB TV-nin əməkdaşlarının toyu oldu – VİDEO
31
avq
2017
14:34
Ötən gün ARB televiziyasının əməkdaşı, aparıcı Şaiq Ağayevin toy mərasimi baş tutub.BAKU.WS xəbər verir ki, tanınmış aparıcı özünə qədim adət-ənənə ilə mağar toyu qurub. Mərasim aparıcının doğulub - böyüdüyü Xaçmaz rayonunun Mürşüdoba kəndində keçirilib. Toyda bəy tərifi, gəlingətirdi, bəyin oğurlanması kimi unudulmaqda olan milli toy adətləri yada salınıb.ARB televiziyasının əməkdaşları və bir çox tanınmış simalar bu əlamətdar gündə cütlüyü tək qoymayıblar.Şaiq Ağayev ARB Günəş televiziyasının aparıcısı Nuranə Nurahəmədova ilə ailə həyatı qurub.Qeyd edək ki, tamaşaçılar bu cütlüyü ARB efirində yayımlanan məşhur “Buralar” verilişi ilə tanıyıblar.BAKU.WS
Oxşar xəbərlər
Supermodelin 27 yaşlı oğlu vəfat etdi
Supermodel Sindi Kroufordun 27 yaşlı oğlu Presli Gerber 27 yaşında bəfat edib. BAKU.WS xəbər verir ki, onun övladı sentyabrın 20-də müalicə aldığı reabilitasiy...