"Bəxt üzüyü"nün məşhur aktyoru taksi sürücüsü işləyir — VİDEO

Bəxt üzüyünün məşhur aktyoru taksi sürücüsü işləyir — VİDEO
Video
Şou-biznes 4785
 

Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Ayşad Məmmədov Bakıdakı taksi xidmətlərindən birində fəaliyyətə başlayıb.

Ölkə.Az-ın məlumatına görə, aktyor bir neçə gündür özünü taksi sürücüsü kimi sınayır.

Xatırladaq ki, A.Məmmədov geniş tamaşaçı kütləsinə Ramiz Əzizbəylinin rejissoru olduğu "Bəxt üzüyü" filmindəki Hüseyn obrazıyla tanınıb.

Aktyor sosial şəbəkədə xəbəri təkzib edib:

"Mən aktyoram və əlimdən başqa iş əlmir. Həyat yoldaşıma zəng vurub deyiblər ki, əriniz taksi sürücüsü kimi fəaliyyət göstərir? O da çaşıb qalıb. Görünür kiminsə başı tərsinə işləiyr və belə mənasız söz-söhbətlər yayır. Mən Eldar Quliyevin "İstanbul reysi” filmində taksi sürücüsü olmuşam. Bəlkə həmin filmdən danışırlar, xəbərim yoxdur. Amma mən öz peşəmlə məşğulam”.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

BAKU.WS 

Son xəbərlər