Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
Şou-biznes 1009

 

Bu gün Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində...

1155 Sosial 13:06 21 may 2016

Son xəbərlər