Bu gün milli televiziya və radio günüdür

Bu gün milli televiziya və radio günüdür
Şou-biznes 618

Bu gün Azərbaycan televiziyasının 61 və radiosunun 91 yaşı tamam olur.

BAKU.WS xəbər verir ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı kimi keçirilir. Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.

Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir. Həmçinin Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda yeni telekanal açılır

Azərbaycanda yeni telekanal açılır

Ötən il Milli Televiziya və Radio Şurasının qərarı ilə lisenziya verilən telekanalın yayım vaxtı məlum olub.BAKU.WS xəbər verir ki, qurumun sədri Nuşirəvan Məhə...

3810 Sosial 16:15 12 sentyabr 2018

Son xəbərlər