Azərbaycanda radio bağlandı
Azərbaycanda radio bağlanıb. Musavat.com xəbər verir ki, 107.7 dalğasında yayımlanan Avto FM radiosu fəaliyyətini dayandırıb.
Radio artıq yayımda deyil. İlkin məlumata görə, sentyabrın 1-i saat 00.00-dan yayımın dayandırılması barədə qərarı təsisçi verib və əməkdaşlarla müqaviləyə xitam verilib.
Avto FM 2013-cü il tarixdə fəaliyyətə başlayıb və 107.7. MHz tezliyində yayımlanıb.
Milli Televiziya və Radio Şurasının 02 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.
Radionun əməkdaşları iş yerində çəkdirdikləri son fotonu "Sonuncu foto” qeydi ilə paylaşıblar. Radionun aparıcısı Günel Hümbətova da Avto FM-in bağlanması barədə sosial şəbəkədə məlumat verib. O, studiyada çəkilmiş son fotosunu paylaşıb və yazıb: "Radionu çox sevirəm. Radioda işləməyi isə heç bir işə dəyişməyəcək qədər. Avto FM-i xüsusilə sevirdim. Bu gündə Avto FM yayımını dayandırdı. Çox darıxacam...”.Radionun təsisçisi olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi isə yayımın dayandırılması ilə bağlı heç bir rəsmi məlumat yaymayıb.
Musavat.com
BAKU.WS
Oxşar xəbərlər
ANS yayımının dayandırılmasına görə MTRŞ-nı məhkəməyə verdi
ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılacaq. APA-nın xəbərinə görə, şikayətə avqustun 10-da Bak...