Brilliant Dadaşova gənclərlə kinoya getdi (FOTO)
"ADDIM” Gənclər Təşkilatı və "CinemaPlus” kinoteatrlar şəbəkəsinin "Cinemaya ADDIMla” layihəsi Yeni İil ərəfəsində gəncləri bir araya gətirib.
BAKU.WS xəbər verir ki, gənclər arasında kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən "Cinemaya ADDIM-la” adlı layihənin bu dəfəki qonağı sevilən sənətkar, xalq artisti Brilliant Dadaşova olub.
Layihə çərçivəsində müğənni gənclərlə bərabər "CinemaPlus”da rejissorunun Timur Bekmammedov olduğu "Şam ağacları 5” (Елки) filmini izləyib.
Tədbirin əvvəlində "ADDIM” Gənclər Təşkilatının yaradıcısı Hüseyn Cavadzadə çıxış edərək məhz gənclərin istəyi ilə bayram ərəfəsində layihəyə dəvət olunan Brilliant Dadaşovanın iştirakını gənclərin xüsusi səbrsizliklə gözlədiklərini və xalq artistinin təşkilatın əksər sosial layihələrind tərəfdaş kimi çıxış etdiyini qeyd edib.
Daha sonra gənclər, fanatları və media nümayəndələri ilə layihənin ulduz qonağının iştirakı ilə foto çəkilıiş olub.
Qeyd edək ki, ənənəvi olaraq "ADDIM” Gənclər Təşkilatı və "CinemaPlus” kinoteatrlar şəbəkəsinin "Cinemaya ADDIMla” layihəsi hər ay gənclərə ödənişsiz film izləmək şansı verir.
Aytən.H
BAKU.WS
Oxşar xəbərlər
Fəxrəddin Manafov 4 illik fasilədən sonra teatra qayıtdı (FOTO)
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Kazanova: sevgi dərsləri” tamaşasının nümayişi keçirilib. BAKU.WS xəbər verir ki, gecənin ulduz qonağ...