Bir-birinə qohum olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Bir-birinə qohum olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
Foto
Şou-biznes 1964

Sənət aləmində, eləcə də digər tanınmış simlar arasında bir-birinə yaxın və uzaq qohum olan məşhurlar var. Onlardan bəziləri ictimaiyyətə məlum olasa da, bəziləri bir çoxlarına sirr olaraq qalıb.

Bu dəfə BAKU.WS saytı olaraq sözügedən məşhurlar barədə araşdırma etdik. Bir-birinə qohum olan məşhurların siyahısını siz oxuculara təqdim edirik:

Əməkdar artist Almaz Ələsgərli mərhum Xalq artisti Yalçın Rzazadə və bəstəkar Cahangir Cahangirovla qohumudur. Bu barədə sənətçi açıqlamalarından birində qeyd etmişdi:

"Yalçın Rzazadə xalamın yoldaşıdır. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri idi. Ondan musiqi ilə bağlı məsləhətlər alırdım. Bəstəkar Cahangir Cahangirov da mənim dayımdır".

Bir-birinə qohum olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Müğənni Almaz Saraylı Xalq artisti Brilliant Dadadaşovanın və mərhum bəstəkar Nailə Mirməmmədlinin qohumudur.

"Brilliant Dadaşova mənim xalamın nəvəsidir. Mərhum bəstəkar Nailə Mirməmmədli isə mənim əmim qızıdır" - deyə Saraylı qeyd edib.

Bir-birinə qohum olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Aktyor Nicat Rəhimov və müğənni Rüfət Axundov mərhum Xalq artisti Yaşar Nurinin qohumlarıdır.

Xalq artisti Rüfət Axundovun dayısıdır. Nicat isə aktyorun bibisinin nəvəsidir.

Bir-birinə qohum olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Müğənni Almaxanımla məşhur müğənni İzzət Bağırov qohumdur. O İzzətin bacısı qızıdır.

Bir-birinə qohum olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Müğənni Mina Hüseynov şou-biznesin iki məşhuru ilə qohumdur.

"Elnarə Xəlilova xalam qızıdır. Müğənni Almaz Saraylı isə xalamdır" -deyə ifaçı açıqlamalarından birində qeyd edib.

Bir-birinə qohum olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Aparıcı Nəsib Nur müğənni Səidə Sultanla qohumdur. O Səidənin bacısı Pərvanə ilə evlidir. Məşhurlar yeznə-baldıdırlar.

Bir-birinə qohum olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Xalq artisti Brilliant Dadaşova müğənni Nərmin Kərimbəyova ilə də qohumdur. Dadaşova bildirib ki, onların baba və nənəsi bacı-qardaş olub:

"Biz bacı-qardaşın nəvələriyik. Xeyransa xanım mənim nənəm idim. Əbülfəz Nəcəfov Nərminin babası idi. Nərminin anası və atası da həkimdir".

Bir-birinə qohum olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Aparıcılar Turan İbrahimov və Murad Əzimov dayıoğlu-bibioğludurlar. Murad Əzimzadə Turan İbrahimovun bibisi oğludur.

Bir-birinə qohum olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Xalq artisti Mələykə Əsədova həmkarı Zahidə Günəşlə xalaqızıdırlar.

Bir-birinə qohum olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Zöhrə Pənah

Oxşar xəbərlər

Son xəbərlər