"Bez bebek"in aktyoru vəfat etdi
22
apr
2026
15:23
Türkiyəli tanınmış aktyor Ferdi Atuner 82 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, sənətçinin ölüm xəbərini ailəsi açıqlayıb.
Bildirilib ki, Ferdi Atuner ürək tutması səbəbindən həyatını itirib.
Qeyd edək ki, aktyor uzun illər televiziya və kino sahəsində fəaliyyət göstərib. O, xüsusilə "Olacak O Kadar" verilişində Levent Kırca ilə birlikdə rol alaraq geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdı.
Ferdi Atuner həmçinin "Çocuklar Duymasın", "Reyting Hamdi", "En Son Babalar Duyar", "Ayrılsak da Beraberiz və Çılgın Bediş" kimi məşhur seriallarda da rol alıb.
Oxşar xəbərlər
Müğənninin şikayəti icraata götürüldü: Bloqer Sevinc Hüseynova təqsirləndirilən şəxs oldu
Müğənni Afət Fərmanqızının bloqer Sevinc Hüseynova barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət etdiyi şikayət icraata götürülüb. BAKU.WS oxu.az-a ist...