Bağlanan Bakı bulvarı açılır

Bağlanan Bakı bulvarı açılır
Şou-biznes 1610

Formula 1 Şəhərciyinin olduğu Bakı bulvarı açılır.

BAKU.WS anspress-ə istinadən bildirir ki, olduğu Milli Dənizkənarı Park ərazisi iyunun 15-i, gecə saat 00:00-dan etibarən bağlanmışdı. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-si günorta saat 12:00-da aradan qaldırılacaq. 

Qeyd edilən günlərdə bulvar ərazisinə ancaq "Formula 1" yarışına bileti olan azarkeşlər buraxılıb. 

Şəhər sakinləri bu günlər ərzində ancaq Park Bulvar alış-veriş mərkəzindən istifadə edə biliblər. 

Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü, gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olub. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət isə iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacaq.

Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin qalibi alman Niko Rosberq olub. 

Kuboklar ikinci yerin sahibi Sebastian Fettel, üçüncü yerin Serxio Peres olub. 

BAKU.WS

Oxşar xəbərlər

Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinə yekun vurulub

Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinə yekun vurulub

Formula-1 Avropa Qran-prisi "Mercedes”in almaniyalı pilotu Niko Rosberqin qələbəsi ilə başa çatıb. O, 1 dəqiqə 48,942 saniyəlik nəticə ilə birinci olub. İkinci...

1711 İdman 20:13 19 iyun 2016

Son xəbərlər