Bakıya yeni avtobuslar gətilir

Bakıya yeni avtobuslar gətilir
Şou-biznes 4084
Gələn ilin əvvəllərində Bakıya daxili sərnişindaşıma üçün 350 yeni avtobus gətiriləcək.BAKU.WS xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli deyib.Qurum rəhbəri qeyd edib ki, həmin avtobuslardan 20-nin uzunluğu 18 metr olacaq:"Bəziləri düşünür ki, Bakıya "qarmoşkalı" avtobuslar yaramır. Amma bu belə deyil. Bakının küçələri buna əlverişlidir. Bununla bağlı araşdırma aparmışıq, xarici şəhərlərin küçələri ilə Bakı küçələrini müqayisə etmişik. Avropa şəhərlərinin bəzi küçələri Bakının küçələrindən dardır. Sadəcə orada sərnişin-sürücü münasibətləri normaldır. Döngələrdə avtomobil park etmirlər, ötmə əməliyyatları düzgün aparılır və s. Bütün bunlar yollarda nəqliyyatın hərəkətinə təsir edir. Ona görə də əminliklə deyə bilərəm ki, 18 metrlik avtobuslar Bakı küçələrində normal hərəkət edə bilər".V.Kərimli bildirib ki, Bakıya gətirilən həmin müasir və iritutumlu avtobusların "BakuBus" MMC və ya hansısa digər daşıyıcıya veriləcəyi hələ məlum deyil.BAKU.WS

Oxşar xəbərlər

Bakıətrafı qəsəbə və kəndlərdə yaşayanlara ŞAD XƏBƏR - təzə avtobuslar gətirilir

Bakıətrafı qəsəbə və kəndlərdə yaşayanlara ŞAD XƏBƏR - təzə avtobuslar gətirilir

Yaxın vaxtlarda Bakıya 300-ə yaxın yeni avtobus gətiriləcək. Bu nəqliyyat vasitələrinin böyük əksəriyyəti Bakı ətrafı kənd və qəsəbələrdə istifadə olunacaq. Bun...

16772 Sosial 16:42 05 sentyabr 2017

Son xəbərlər