Prezident qərar verdi: yeni avtobuslar alınacaq

Prezident qərar verdi: yeni avtobuslar alınacaq
Sosial 1205

"Biz son vaxtlar şəhər nəqliyyatı ilə bağlı çox ciddi addımlar atmışıq. Yeni şirkət yaradılıbdır. "BakuBus” avtobusları ən yüksək səviyyəyə malikdir. Dünyanın bəlkə də ən gözəl, ən müasir avtobuslarıdır”.

BAKU.WS-in məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib. Prezidentin həmçinin qeyd edib ki, "BakuBus” insanlar ictimai nəqliyyatdan rahat istifadə etmələri üçün yaradılıb. "Hesab edirəm ki, "BakuBus”ın fəaliyyəti genişləndirilməlidir. Çünki indi digər xidmətlərlə müqayisədə əlbəttə ki, insanlar "BakuBus”a üstünlük verir. Ona görə, hesab edirəm ki, gələn ilin dövlət büdcəsində də yeni avtobusların alınması üçün müəyyən vəsait nəzərdə tutulmalıdır”, - deyə İlham Əliyev vurğulayıb. İlham Əliyev onu da vurğulayıb ki, hər il əlavə avtobuslar almaqla "BakuBus”ın fəaliyyətini daha da genişləndiriləcək. Ölkə başçısı həmçinin nəqliyyatın digər sahələrində də inkişafın getdiyini bildirib. "Metro tikintisi gedir. Əminəm ki, biz gələn il yeni stansiyaların açılışını qeyd edəcəyik. Bakı-Sumqayıt şəhərlərarası qatarlar da fəaliyyətə başlayıb. Müasir qatarlardır, yeni dəmir yolu xətləri çəkilib. Bütün bunlar insanların rahatlığı üçündür”, - deyə İlham Əliyev qeyd edib. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

“BakuBus” avtobuslarında kart probleminə son qoyulur

“BakuBus” avtobuslarında kart probleminə son qoyulur

Bakıda xidmət göstərən "BakuBus” avtobuslarında gedişhaqqı "BakıKart” vasitəsilə ödənilir. Bu da bəzən vətəndaşlar arasında problem yaradır. Çünki hələ çox insa...

1908 Sosial 14:24 07 oktyabr 2015

Son xəbərlər