Bakı metrosu sabah gücləndirilmiş iş rejimində işləyəcək

Bakı metrosu sabah gücləndirilmiş iş rejimində işləyəcək
Şou-biznes 2276
Oktyabrın 4-də Bakı Metropoliteni UEFA Avropa Liqası çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.BAKU.WS xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, zərurət yaranacağı təqdirdə xəttə ehtiyat qatar veriləcək:"Sərnişinlərin metronun "Koroğlu" stansiyasının xidmətindən tam təhlükəsiz və rahat istifadə etməsi təmin olunacaq".Qurum rəsmisi qeyd edib ki, metropolitendə həmin stadionda keçirilən tədbirlərlə bağlı təsdiq olunmuş əməliyyat planı var:"Bu plana uyğun olaraq, "Koroğlu" stansiyası oyuna 2 saat qalmışdan futbol matçı başa çatması ilə əsas tamaşaçı kütləsinin axını tam tənzimlənənə qədər gücləndirilmiş rejimində işləyəcək".B.Məmmədovun sözlərinə görə, oyunla əlaqədar canlı qüvvə və texniki vasitələr də ayrılacaq: "Texniki vasitələr dedikdə, ən əsas texniki məsələ ehtiyat qatarların nəzərdə tutulmasıdır".BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər