"Bakı Metropoliteni"nin sədri əmr imzaladı - xüsusi rejimdə işləyəcək
14
iyn
2018
11:41
Bayram günləri metropoliten xüsusi rejimdə işləyəcək."Bakı Metropoliteni" QSC-dən BAKU.WS-ə verilən məlumata görə, 15 İyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə ölkədə elan edilmiş 5 qeyri-iş günü ərzində, QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, metropoliten gücləndirilmiş iş rejimində çalışacaq.Əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub, həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir - Nazir ƏMR imzaladı
Ramazan bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq. BAKU.WS Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər ve...