Bakı metrosu "Qarabağ" - "Roma" oyunu ilə bağlı gücləndirilmiş rejimə keçəcək

Bakı metrosu Qarabağ - Roma oyunu ilə bağlı gücləndirilmiş rejimə keçəcək
İdman 1333
Bakı Metropoliteni sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" oyunu ilə bağlı tamaşaçıların vaxtında mənzil başına çatdırılması üçün gücləndirilmiş iş rejimində çalışacaq.Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.Qurum rəsmisi bildirib ki, həmin gün metroda təhlükəsizlik tədbirləri də gücləndirləcək:"Bildiyimiz kimi, UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək "Qarabağ" - "Roma" oyunu ilə əlaqədar Bakı Olimpiya Stadionunun ətrafına şəxsi avtomobillərin və marşrut avtobuslarının buraxılması qadağan edilib. Biz də əvvəlki təcrübələrimizə arxalanaraq hesab edirik ki, stadionda olan tamaşaçıların böyük əksəriyyəti metrodan istifadə edəcək. Buna görə də artıq xüsusi tədbirlər planı hazırlamışıq. Bilirsiniz ki, 1-ci Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri həmin stadionda keçirilib və bu işdə artıq təcrübəmiz var. Biz stadiondan çıxan bütün tamaşaçıları metro qatarları ilə mənzil başına çatdırmağa hazırıq".N.Paşayev deyib ki, həmin gün Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: "Həm təhlükəsizlik, həm də hərəkətin nizamlanması ilə bağlı bütün tədbirlər hazırlanıb".Qeyd edək ki, "Qarabağ" - "Roma" oyunu sentyabrın 27-də saat 20:00-da başlayacaq.TuncayBAKU.WS

Oxşar xəbərlər

“Qarabağ”ın oyununa azarkeşlər avtobuslarla pulsuz daşınacaq (RƏSMİ)

“Qarabağ”ın oyununa azarkeşlər avtobuslarla pulsuz daşınacaq (RƏSMİ)

Sentyabrın 27-də UEFA Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Roma” görüşünü izləyəcək biletl...

3197 Sosial 17:37 25 sentyabr 2017

Son xəbərlər