Metro gücləndirilmiş iş rejiminə keçəcək
16
okt
2017
18:52
Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində çalışacaq.BAKU.WS xəbər verir ki, bu barədə "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi sadəcə "Koroğlu" stansiyasında deyil, digər stansiyalarda da tətbiq olunacaq."Sərnişin axınına nəzarət olunacaq, şəraitə uyğun olaraq "Koroğlu" stansiyasına giriş-çıxışların yerləri dəyişdirilə bilər. Sərnişinlərin təhlükəsiz daşınması üçün bütün zəruri tədbirlər görüləcək, canlı qüvvə və eyni zamanda ehtiyat qatarlar cəlb olunacaq. Oyun keçirilən gün saat 18:00-dan etibarən sərnişin axını tam nəzarətdə olacaq", - deyə o vurğulayıb.BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosu "Qarabağ" - "Roma" oyunu ilə bağlı gücləndirilmiş rejimə keçəcək
Bakı Metropoliteni sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" oyunu ilə bağlı tamaşaçıların vaxtında mənzil başına çatdırılması ü...