Bahar və Nihal Candan sabah hakim qarşısına çıxacaq
Dələduzluqda və çirkli pulların yuyulmasında ittiham olunan Bahar və Nihal Candan sabah hakim qarşısına çıxacaq.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, dələduzluqda və çirkli pulların yuyulmasında ittiham olunan Alisya Bahar Candan və Gülnihal Çiçek Candan sabah hakim qarşısına çıxacaq.
Onlara qarşı dələduzluq və çirkli pulların yuyulması cinayətlərindən istintaq başladılan və Alisya Bahar Candan üçün 14 ildən 44 ilə, Gülnihal Çiçək üçün 8 ildən 24 ilə qədər həbs istəndiyi iddianamə məhkəmə tərəfindən qəbul edilib.
Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə 38 şikayətçi, 1 şikayətçi şübhəli və Nihal, Bahar Candan da daxil olmaqla 21 şübhəli var. İddianamədə o da bildirilib ki, saxlanılan şübhəli Gülnihal Çiçək həbsdə qaldığı müddət nəzərə alınaraq məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
İddianamədə qeyd olunub ki, Bahar və Nihal Candan cinayət təşkilatının ierarxik və üzvi strukturuna daxil olublar.
Oxşar xəbərlər
Məşhur aktyora ağır itki üz verdi
Məşhur aktyor Kıvanç Kasabalıya ağır itki üz verib. BAKU.WS xəbər verir ki, onun atası Niyazi Kasabalı dünyasını dəyişib. O özü bu xəbəri sosial media hesabı...