Azərbaycanlı məmurun qızı qarderobunu nümayiş etdirdi (FOTO)
Azərbaycanlı dizayner, "DeCamie" brendinin təsisçisi Kəmalə İbrahimova qarderobunu nümayiş etdirib.
BAKU.WS məlumat verir ki, gənc dizayner buro247.az saytının fotokamerası qarşısına keçib. K. İbrahimova hələ uşaq yaşlarından dəblə geyinməyi sevdiyini deyib. O bildirib ki, sevimli rəngi qaradır, ancaq qarirobunda müxtəlif rəngdə geyimlər və əşyalar da tapmaq olar.
Gənc dizayner daha çox hündürdaban və tanketka ayaqqabılara üstünlük verdiyini bildirib. Dabanın hündürlüyü bəzən 16 sm-ə çatır. İbrahimova onu da bildirib ki, qardirobunda çanta kolleksiyasına yer alıb. Müxtəlif ölçülü çantalardan istifadə edən gənc dizayner daha çox böyük ölçüdə çantaları sevir.
Qeyd edək ki, Kəmalə İbrahimova Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qızıdır.
BAKU.WS
Oxşar xəbərlər
Madonnanın qızı model oldu (FOTO)
Pop ulduz Madonnanın 19 yaşlı qızı Lourdes Leon kamera qarşısına keçib. BAKU.WS məlumat verir ki, Madonnanın idman müəllimi Karlos Leondan dünyaya gələn qızı L...