Azərbaycanda faktiki hava: Bakıya və rayonlara qar yağıb

Azərbaycanda faktiki hava: Bakıya və rayonlara qar yağıb
Şou-biznes 1133

 

Azərbaycanda dekabrın 5-i gündüzdən dekabrın 6-sı səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi dekabrın 5-i günün ikinci yarısından 6-sı səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Bəzi rayonlarda şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-6, Böyük Qafqazda 2-31, Kiçik Qafqazda 5-19, Lənkəran-Astara zonasında 1-10, Qazax-Gəncə zonasında 1-2, Mərkəzi Aran rayonlarında 1-9, Naxçıvan MR-da 1-4 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Qubada 20, Qubanın dağlıq ərazilərində 2-20, Xınalıqda 13, Daşkəsən, Göygöl, Altıağacda 10, Sarıbaşda 8, İsmayıllıda 7, Şahbuzda 5, Qəbələdə 4, Lerik, Rvarud, Ordubadda 3, Şamaxıda 2, Ağdərə, Mərəzə, Şabran, Kişçayda 1 sm olub.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycana qar yağdı

Azərbaycana qar yağdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabrın 28-i gündüzdən 29-u səhərədək müşahidə olunmuş faktiki hava haqda məlumat yayıb. Ekologiya və Təbii Sərvətlə...

1575 Şou-biznes 11:00 29 sentyabr 2016

Son xəbərlər