Azərbaycanda 45 dərəcə isti gözlənilir

Azərbaycanda 45 dərəcə isti gözlənilir
Şou-biznes 2771
Rusiyalı sinoptiklər ölkə ərazisindaə anomal istilərin olacağını açıqlayıblar. Rusiyanın mərkəzi hissəsində artıq rekord qeydə alınıb. Təbii ki, Rusiyadakı hava dəyişikliyi bizim regiona da təsir edəcək. BAKU.WS xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Azərbaycan Ekoloji Proqnozlar Bürosunun prezidenti, ekoloq Telman Zeynalov deyib."Ekoloqların hesablamalarına görə, cari ilin yayında Azərbaycanda isti hava müşahidə ediləcək. Havanın temperaturu yüksək olacaq. Biz Hindistanda baş verən və insan tələfatına səbəb olan anomal istiləri xatırlayırıq.Düşünürəm ki, ölkəmizdə anomal isti hava şəraiti bu səviyyəyə çatmayacaq, ancaq Azərbaycanda 42-45 dərəcə isti gözləyirik", - ekoloq qeyd edib. Zeynalovun sözlərinə görə, ölkə üzrə rekord hava göstəriciləri Azərbaycanın Saatlı, Beyləqan, Sabirabad kimi quraq rayonlarında müşahidə edilə bilər. BAKU.WS

Oxşar xəbərlər

Son 14 ildə hələ belə isti olmamışdı

Son 14 ildə hələ belə isti olmamışdı

Azərbaycanda 2003-cü ildən sonra ilk dəfə olaraq, bu ilin sentyabr ayında uzun müddətli isti hava şəraiti müşahidə edilir.BAKU.WS bildirir ki, bunu Trend-ə Ekol...

3389 Şou-biznes 11:26 20 sentyabr 2017

Son xəbərlər