Bu gün Bakıda görünməmiş isti qeydə alına bilər

Bu gün Bakıda görünməmiş isti qeydə alına bilər
Şou-biznes 2404

Son günlər Bakıda iqlim normasından yüksək temperatur müşahidə olunur.

BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, avqustun 8-də Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 4 dərəcə yüksək olub. 

G.Məmmədova deyib ki, bu gün də havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir: "Temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal proseslər müşahidə olunmur. Bu günə kimi temperaturla bağlı rekord yenilənməyib. 2015-2016-cı illərdə də belə isti hava şəraiti qeydə alınıb və Bakı və Abşeron yarımadasında temperatur 40-41 dərəcə olub. Bu gün paytaxtda havanın temperaturunun 35-40°, bəzi yerlərdə 42°, bölgələrdə 35-40°, Naxçıvan və Mərkəzi Aran rayonlarının bəzi ərazilərində 42-43, dağlıq ərazilərdə 30-34° isti olacağı gözlənilir. Əgər bu gün Bakı və Abşeronda 42 dərəcə temperatur qeydə alınarsa, o zaman rekord yenilənə bilər".

BAKU.WS

Oxşar xəbərlər

Qızmar hava nə vaxta qədər davam edəcək?

Qızmar hava nə vaxta qədər davam edəcək?

Bakı və Abşeron yarımadası, eləcə də bölgələrdə dünəndən isti hava şəraiti müşahidə olunmaqdadır. BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliy...

2191 Şou-biznes 17:40 03 iyul 2017

Son xəbərlər