Qızmar hava nə vaxta qədər davam edəcək?

Qızmar hava nə vaxta qədər davam edəcək?
Şou-biznes 2191

 

Bakı və Abşeron yarımadası, eləcə də bölgələrdə dünəndən isti hava şəraiti müşahidə olunmaqdadır.

BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, isti və günəşli hava şəraiti iyulun 6-dək davam edəcək.

Onun sözlərinə görə, havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 35-39, rayonlarda 35-40, Mərkəzi Aran rayonlarında, Naxçıvan Muxtar Respublikasında 41-43, dağlıq rayonlarda 27-32 dərəcə isti olacaq.

G. Məmmədova qeyd edib ki, iyul ayında havanın temperaturu hər zaman yüksək olur: "İyul ayında əvvəllər Bakıda havanın maksimal temperaturu 40 dərəcə olub. Amma hələ ki, rekord göstərici təzələnməyib. Bakıda 37-38, Abşeron yarımadasında 35-39, Mərkəzi Aran rayonları və Naxçıvanda 41-43 dərəcə isti qeydə alınıb”.

BAKU.WS

Oxşar xəbərlər

Nazirlikdən dəhşətli istilərlə bağlı açıqlama: temperatur iqlim normasından 3 dərəcə yüksəkdir

Nazirlikdən dəhşətli istilərlə bağlı açıqlama: temperatur iqlim normasından 3 dərəcə yüksəkdir

Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən havanın temperaturu iqlim normasından 3 dərəcəyədək yüksəkdir. BAKU.WS-in məlumatına görə, Bunu Trend-ə...

3677 Şou-biznes 11:21 03 iyul 2017

Son xəbərlər