İsti hava şəraiti nə qədər davam edəcək?
Ölkə ərazisində isti hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib.
Onun sözlərinə görə, avqust ayının I ongünlüyündə isti hava şəraiti müşahidə olunacaq: "İsti hava şəraiti ilə bağlı xəbərdarlığımız qüvvədədir”.
G.Məmmədova qeyd edib ki, hava şəraitinin isti keçməsi avqust ayı üçün xarakterikdir: "Yaxın 2-3 gün ərzində isti və sabit hava şəraitinin davam edəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir”. Qeyd edək ki, son günlər ölkə ərazisində havanın temperaturu 40 dərəcəni keçib.
BAKU.WS
Oxşar xəbərlər
Sabah Bakıda 37 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.W...