42 dərəcə isti olacaq

42 dərəcə isti olacaq
Şou-biznes 2167

İstirahət günü Azərbaycan ərazisində hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə  22-26° isti, gündüz 35-39°, yarımadanın bəzi yerlərində 40° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz  25-35% təşkil edəcək.               

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti olacağı gözlənilir.

Avqustun 23-dək Bakıda və Abşeron yarımadasında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38°, yarımadanın bəzi yerlərində 40° isti olacağı gözlənilir.

Avqustun 21-də Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Avqustun 23-dək ölkə ərazisində isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu 35-40°, aran rayonlarında və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42°-dək isti olacağı gözlənilir.

BAKU.WS

Oxşar xəbərlər

Sabah çox isti olacaq

Sabah çox isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-...

3 Şou-biznes 13:15 12 avqust 2016

Son xəbərlər