Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq- Açıq havaya çıxmayın

Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq- Açıq havaya çıxmayın
Şou-biznes 1646

Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək.

BAKU.WS-in xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı xəbərdarlıqda bildirilir.

Bakıda və Abşeron yarımadasında avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi, maksimal temperaturun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq rayonlarda 29-34 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji durumla bağlı da xəbərdarlıq edib. Belə ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən güclü isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

BAKU.WS

Oxşar xəbərlər

Sabah Bakıda 37 dərəcə isti olacaq

Sabah Bakıda 37 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.W...

900 Sosial 14:02 05 avqust 2016

Son xəbərlər