Azərbaycan musiqisi danimarkalıların ifasında - VİDEO

Azərbaycan musiqisi danimarkalıların ifasında - VİDEO
Video
Şou-biznes 1323
Bu günlərdə Danimarkanın Hillerod şəhərində hər il olduğu kimi, ənənəvi Mədəniyyət Günləri çərçivəsində Azərbaycanın xalq musiqiləri ifa olunub.Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.“Azərbaycan musiqisini Danimarkada yaşadan və onu sevərək təbliğ edən Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti Mədəniyyət Mərkəzinin rəhbəri Kəmalə Hüseynova hər il keçirilən musiqi günlərində fəal iştirak edir. Şəhərin hər yerində-kitabxanalar, muzeylər, əsas mərkəzi meydanda, Kedehuset və Klaverfabrikken deyə mədəniyyət-musiqi salonlarında fərqli janrlarda: pop, rep, jaz, xalq musiqisi ifa olunub. Kəmalə Hüseynova hər il olduğu kimi ənənəsinə sadiq qalaraq, fərqli yerlərdə Azərbaycan mahnılarından ibarət Lars Bo-nun rəhbərlik etdiyi musiqi ansamblı ilə konsert verib. ”Güləbatın”” Ay Dilbər”,”Muleyli” artıq dinləyicilərimizin sevdiyi “Qubanın ağ alması”,”Aman Ovçu”, “Sarı Gəlin” və s. mahnılar alqışlarla qarşılanıb. Mərkəz sədri qonaqlara mahnılarımızın məzmunu Azərbaycanın tarixi,mədəniyyəti haqqında ətraflı məlumat verib”.

Oxşar xəbərlər

Prezident mədəniyyət xadimlərinə fəxri adlar verdi - SİYAHI

Prezident mədəniyyət xadimlərinə fəxri adlar verdi - SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, Azərbaycan musiqi mədə...

7272 Siyasət 19:49 15 sentyabr 2017

Son xəbərlər