"Sarı gəlin"lə "Tanqo" bir arada (VİDEO)
Azərbaycanda çox fərqli bir layihə reallaşdırılıb.
BAKU.WS "Ölkə.Az"-a istinadən xəbər verir ki, bu layihə paytaxtımızın seçmə incəsənət mərkəzlərində- "Beynəlxalq Muğam Mərkəzi", "XX-XXI əsr Azərbaycan Rəngkarlığı Muzeyi" və "Zirə Mədəniyyət Mərkəzi-Eko Park"da səhnələşdirilmiş, ölkəmizin mədəni irsinin tanıtımını və ölkələrarası mədəniyyətlərin qovuşmasını sərgiləyən qeyri-kommersiya layihəsidir.
Beynəlxalq təcrübədə və ölkəmizdə ilk dəfə reallaşdırılan "Sarı gəlin və Tanqo" sintezi layihəsinin məqsədi mədəni irsimizin və tarixi dəyərlərimizin təbliği və qorunub saxlanılması, gələcək nəsillərə olduğu kimi çatdırılması, milli dəyərlərimizin bir parçası olan xalq musiqimiz "Sarı Gəlin"i təbliğ etmək və onun Azərbaycan xalqına məxsusluğunu bir daha gənclərə, xarici vətəndaşlara yaradıcı yollarla nümayiş etdirmək və mədəniyyət mərkəzlərimizi cəmiyyətə tanıtmaqdır.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Oksana Rəsulova “Sarı gəlin” obrazında (FOTO)
Azərbaycanlı rəqqasə Oksana Rəsulova Rusiyada reklama çəkilib. BAKU.WS xəbər verir ki o, MRS kompaniyasının siması olub. Milli geyimdə fotokamera qarşısına k...