Aygün Kazımova indi də erməni mətbuatının hədəfində (VİDEO/FOTO)
Xalq artisti Aygün Kazımovanın bu günlərdə Hamburqda keçirilən "Daf Bama Music Awards 2016” beynəlxalq mükafatlandırma mərasimindəki çıxışı ətrafında gedən söz-söhbət hələ də səngimək bilmir.
BAKU.WS xəbər verir ki, öncə yerli mətbuatda A.Kazımovanın mərsimdə erməni təxribatının qarşısını almasının yalan olması ilə bağlı xəbərlər yayıldı. Bununla əlaqədar sənətçi açıqlama verdi, saytların yalan yazdıqlarını bildirdi. Son ana qədər ermənilərə qarşı necə mübarizə aparmağından danışdı:
"Erməni müğənninin "Sarı gəlin” mahnısını oxuyacağını 3 saat əvvəl məşq prosesində bildik. Ermənilərin Azərbaycan musiqisini növbəti dəfə beynəlxalq arenada öz adlarına çıxarmaq istəyini son məşq prosesinə kimi gizli saxlamağı bacarmışdı. Vaxtın az olduğundan ilk növbədə təşkilatçı və rejissora etirazımızı bildirdik. Çünki hər dəqiqə bizim üçün böyük müddət idi. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə və İdman və Gənclər Nazirliyinin əməkdaşına məlumat verdim. Azərbaycandan isə Berlindəki səfirimiz Pərviz Şahbazov məlumatlandırıldı. Azərbaycanın Berlindəki səfirliyinin mədəniyyət məsələləri üzrə əməkdaşı Sara Abbasova dərhal mənimlə əlaqə saxladı. Məsələyə dövlət səviyyəsində müdaxilə olundu”.
BAKU.WS xəbər verir ki, indi də erməni mətbuatı Aygün Kazımova haqqında yazıb. Materialda sənətçimizin mükafat alarkən, ingilis dilində "Çox sağ ol, Azərbaycan!”, "Çox sağ ol, Qarabağ!” deməsi sərt reaksiya ilə qarşılanıb.
Hətta yarışmada Ermənistanı təmsil edən müğənni Andre bundan bərk qəzəbləndiyini deyib:
"Əvvəlcə mən səhnəyə çıxdım. Arsaxa (Qarabağ) və oradakı pərəstişkarlarıma təşəkkür etdim. Bundan sonra səhnəyə azərbaycanlı müğənni çıxdı (Aygün Kazımovanı nəzərdə tutur-red). O, mükafatını alandan sonra öz saxta Qarabağına təşəkkürünü bildirdi”.
Erməni müğənni A.Kazımovanın "Sarı gəlin”i oxumasından bərk əsəbləşdiyini də gizlətməyib.
"Bilirsiniz o, niyə belə etdi? Hər şey mənim məşqlər zamanı oxuduğum "Dağlar qızı” ("Sarı gəlin”i nəzərdə tutur-red) mahnısından sonra oldu. Bildiyiniz kimi, azərbaycanlılar bu mahnını özününkü hesab edir. Həmin vaxt hiss elədim ki o, məni izləyir. Həmin müğənni məhz bu səbəbdən eyni mahnını ifa etdi. Onların Qarabağa təşəkkür etmələri mənə çox gülməli gəldi.
Arsaxda (Qarabağ) onu tanımırlar. Tanımaq bir yana, nə onu, nə də ölkəsini qəbul etmirlər. Nəyə görə Qarabağa, qarabağlılara təşəkkürünü bildirir? "Dağlar qızı” ("Sarı gəlin”) onların olduğu kimi, elə Arsax (Qarabağ) da onlarındır... Avropa səhnəsindən Qarabağa təşəkkürünü bildirən qonşu ölkənin həmin o naməlum xalq artistini məmnuniyyətlə, dəvət edərdim, gəlib Arsaxın və oranın əhalisinin gözəlliyini görsün” - deyə, Andre adlı müğənni kinayə ilə bildirib.
Aytən
BAKU.WS
Oxşar xəbərlər
Aygün Kazımova erməni təxribatının qarşısını almasından danışdı (FOTO)
Xalq artisti Aygün Kazımovanın Almaniyada keçirilən "Daf Bama Music Awards 2016" beynəlxalq mükafatlndırma mərsimində erməni təxribatının qarşısını alması haqda...