İtalyanlar Bakıda konsert verdi (FOTO)

İtalyanlar Bakıda konsert verdi (FOTO)
Şou-biznes 933

 

Mayın 13-də Beynəlxalq Muğam Mərkəzində "Səs dalğaları" ("Sound waves")  Bakı etno-musiqi festivalının Azərbaycan- İtaliya etnik musiqi konserti keçirilib.

BAKU.WS məlumat verir ki, konsertdən öncə İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo çıxış edərək iki ölkə arasındakı mədəni əlaqələrdən söhbət açıb və bu cür mədəni tədbirlərin gələcəkdə də davam edəcəyini bildirib.

Konsert proqramında italyan musiqiçilər Laura Bersani, Paolo Grillenzani, Luca Benatti, Azərbaycanın müsiqiçilərindən  Sahib Paşazadə,  Aida Rəfiyeva, Soltan Əliyev və Azad Əliməmmədov,Kəmalə Əlizadə çıxış ediblər.

Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, İtaliyanın Azərbaycandakı səfirliyi, Azərbaycan-İtaliya Assosiasiyası və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Foto -  Gül Abbasova

BAKU.WS

Oxşar xəbərlər

Ramazzotti aprelin 27-də Bakıda konsert verəcək

Ramazzotti aprelin 27-də Bakıda konsert verəcək

Məşhur italyan müğənni Eros Ramazzotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək. BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Fondundan məl...

1142 Şou-biznes 14:20 26 mart 2016

Son xəbərlər