Oya Ergün Bakıda uşaqlarla "Jingle bells" oxudu
Türk opera sənətçisi Oya Ergün Bakıda növbəti konsertini verib. "Barok Musiqidə Aşk və Yeni il" adlanan konsert proqramı Alman Kapelhaus konsert zalında baş tutub.
BAKU.WS-in məlumatına görə, Amsterdam Konservatoriyasının məzunu olan soprano ifaçı bakılı tamaşaçılar qarşısında barokko dövrünə aid ifalar səsləndirib. Oya xanım musiqi melomanlarına Bax, Handel, Skarletti, Korelli və Cesti kimi bəstəkarların əsərlərini təqdim edib. İfaçını Bakıda tanınmış pianoçu Nərgiz Əliyevanın rəhbərliyi etdiyi trio (piano, violenço və skripka) müşayiət edib.
Konsert proqramında qonaq sənətçi qismində səhnəyə azərbaycanlı tenor İlham Nəzərov çıxıb. O, Oya Ergün ilə birlikdə klassik musiqidən parçalar ifa edib. Klassik musiqinin ən məşhur ifaçılarından olan O.Ergün konsert proqramında nəfəsli musiqi aləti olan fleyta ilə də möhtəşəm əsərlər səsləndirib. Tamasaçılar ifaçının hər çıxışını ayaq üstə alqışlayıblar.
Oya Ergünü dinləməyə gələn musiqisevərlər və ziyalılar arasında Meksika ve Kipr səfiri də vardı. Konsertin sonunda Oya xanım valideynləri ilə birlikdə konsertə gəlmiş balaca tamasaçıları səhnəyə dəvət edib, onlarla birlikdə məşhur "Jingle bells" mahnısını oxudu.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı gənclər metroda Üzeyir Hacıbəyovun şərəfinə konsert verdi (VİDEO)
20 nəfərə qədər musiqiçi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Bakı Metropolitenində maraqlı aksiya həyata keçiriblər. BAKU.WS-in məlumatına görə, onlar met...