Azərbaycan mobil telefon istehsal edəcək
"Azərbaycanda "Made in Azerbaijan” brendi altında smartfonların yığılmasına başlanılacaq”.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə "CRM Group” şirkətinin baş direktoru Ramin Süleymanov bildirib.
Onun sözlərinə görə, yerli yığımlı ilk smartfon iyun ayında ictimaiyyətə təqdim olunacaq.
R.Süleymanov deyib: "Payızda bizə ayrılan istehsal sahələri bu qurğuların konveyer yığılmasının işə salınması üçün hazır olacaq.
Biz, ümumilikdə, 10-a yaxın müxtəlif növ İT-məhsulun, o cümlədən planşet, kompüter, noutbuk, printer və s. yığılmasının həyata keçirilməsi üçün patent hüququ əldə etmişik. Azərbaycanda yığılan məhsullar regional bazarlara ixrac ediləcək”.
"CRM Group”un baş direktorunun sözlərinə görə, kompüter və periferik avadanlıqların yığılmasının başlanılması şirkətin 2018-ci il üçün prioritet planlarına daxildir.
"Yüksək texnologiyalı avadanlıqların yığılması, ölkədə həyata keçirilən ilk genişmiqyaslı layihədir. Biz bunu böyük addım və ölkə iqtisadiyyatına investisiya hesab edirik.
Qonşu Türkiyədə, məsələn, "Casper” brendi altında noutbukların yığılması həyata keçirilir. Biz Azərbaycanda bu təcrübəni mənimsəmək və onu reallaşdırmaq niyyətindəyik”, - R.Süleymanov deyib.
BAKU.WS
Oxşar xəbərlər
Təhsil İdarəsi: "Məktəblərdə pul yığılmasının təşəbbüskarları valideynlərin özləridir"
"Bu günə qədər məktəblərdə pul yığılması ilə bağlı Təhsil Nazirliyinə hər hansı şikayət daxil olmayıb". "Report" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İ...