Azərbaycan “ağıllı saat” hazırlayır

Azərbaycan “ağıllı saat” hazırlayır
İqtisadiyyat 1902

Azərbaycanın "BrailleX” IT şirkəti görmə məhdudiyyəti olan şəxslər üçün "ağıllı saat” hazırlayır.

Bu barədə Trend-ə şirkətin rəhbəri Sayad İbrahimov deyib.

Onun sözlərinə görə, "Braille Watch” saatının prototipi fevralın sonunda təqdim olunacaq, payızda isə bu qurğu kütləvi istehsal üçün tam hazır olacaq.

S.İbarhimov deyib: "Braille Watch” çoxfunksiyalıdır və əlverilşli qiymətlərlə təqdim olunacaq. Qurğuya inteqrə olunan funksiyalar görmə məhdudiyyəti olan şəxslərə həyat tərzini dəyişməyə imkan verəcək. 

Bu saatdan istifadə etməklə onlar vaxtı öyrənə, SMS-ləri oxuya və cavab yaza bilərlər. Bundan başqa, "ağıllı saat”ın yolda maneənin olub-olmaması barədə məlumat vermək funksiyası da olacaq”.

BAKU.WS

Oxşar xəbərlər

WhatsAppdan daha 2 YENİLİK

WhatsAppdan daha 2 YENİLİK

Bundan sonra Whatsapp messencerinin qrup çatlarında olan iştirakçıların olduqları yeri təyin etmək mümkün olacaq. BAKU.WS thehindu.com saytına istinadən xəbər...

4312 Şou-biznes 19:19 30 yanvar 2017

Son xəbərlər