Azərbaycan planşet kompüterlər ixrac edəcək
17
apr
2016
12:15
Azərbaycan görmə qabiliyyəti məhdud insanlar üçün "Braille Pad" planşet kompüterlər ixrac edəcək.
BAKU.WS-in məlumatına görə, bunu Trend-ə "Braille Pad" layihəsinin rəhbəri Rəşid Əliyev deyib.
Onun sözlərinə görə, may ayında Avropa şirkətlərinin biri ilə "Braille Pad" ekranının prototipinin istehsalı məsələsi ilə bağlı danışıqların aparılması planlaşdırılır.
R.Əliyev qeyd edib ki, kütləvi istehsala Çində başlamaq nəzərdə tutulub: "Buna böyük maliyyə vəsaiti tələb olunur. Hesablamalarımıza görə, bu vəsait 1,5 milyon dolları ötə bilər".
BAKU.WS
Oxşar xəbərlər
Bakının bütün avtobuslarında gediş haqqı kartla ödəniləcək
Azərbaycanda ictimai nəqliyyatda gediş haqqını ödəmək üçün "BakıKart"ları hazırda gedişin nağd ödənildiyi avtobuslarda istifadə etmək mümkün olacaq. BAKU.WS-in...