Azərbaycan Türkiyə istehsalı silahları alacaq
Azərbaycan Türkiyənin yeni istehsal etdiyi milli tüfəngi öz arsenalına qata bilər.
BAKU.WS-in məlumatına görə, söhbət MPT-76 tüfəngindən gedir.
Türkiyənin Makina və Kimya Sənayesi Qurumu (MKEK) tərəfindən istehsal edilən milli piyada tüfənginə maraq olduqca böyükdür. Silah fabrikinin istehsal rəhbəri Mehmet Dəmirəl bu barədə açıqlama verib. Onun sözlərinə görə, tüfəngə Azərbaycandan başqa ABŞ, Çili kimi ölkələrdən də tələb var.
Tekirdağda keçirilən sərgidə silahlarını nümayiş etdirən M.Dəmirəl ən böyük marağı yeni MPT-76 ilə snayper olan "Bora 12"nin gördüğünü söyləyib.
"MPT-76-ya böyük tələb var. Ən böyük tələb ABŞ-dandır. Bununla yanaşı, Azərbaycan öz ordusunu bu silahlarla təchiz etmək istəyir. Təbii ki, bizim quruluş fəlsəfəmiz Mustafa Kamal Atatürkün qoyduğu fəsləsəfədir. Öncəliyimiz hər zaman Türkiyə Silahlı Qüvvələridir (TSK). İlk olaraq TSK-nı bu silahla təmin edəcəyik, daha sonra ixrac edəcəyik”, - deyə o bildirib. Onun sözlərinə görə, keçmişdə orduda istifadə edilən G3 tüfəngində ediləcək ən xırda dəyişikliyi belə Almaniyaya xəbər etmək məcburiyyətində olublar. İndi isə öz milli silahlarını istehsal edən ölkəyə çevriliblər.
MPT-76 tüfəngi G-3 piyada tüfənglərinin əvəzlənməsi üçün yaradılıb və 200 ədədlik ilk partiyası 2014-cü ilin may ayında Türkiyə Quru Qoşunlarına təhvil verilib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycana milyardlar qazandıracaq layihədə son vəziyyət
"BP-nin Türkiyədən çıxmaq məsələsi qəti şəkildə gündəmdə deyil. Şirkətimiz ötən il 11 milyard türk lirəsi gəlir əldə edib". BAKU.WS-in məlumatına görə, bunu BP...