Azərbaycanda elektrobus istehsal olunacaq

Azərbaycanda elektrobus istehsal olunacaq
İqtisadiyyat 2198

 

Gəncə Avtomobil Zavodunda 2017-ci ilin yanvarından "Eurabus” elektrik avtobuslarının yığılmasına başlanılacaq.

Bu sözləri bu gün Trend-ə "Gəncə Avtomobil Zavodu” İB-nin müşahidə şurasının sədri Xanlar Fətiyev deyib.

Onun sözlərinə görə, zavodun ilkin istehsalat gücü ildə 350-400 avtobus olaraq planlaşdırılıb.

Almaniyanın "Eurabus” şirkətinin baş direktoru Kristian Zayts iki şirkət arasında müqavilənin yaxın iki ay ərzində imzalanacağını deyib.

O, artıq ilk elektrobusun test sınağından keçirildiyini də bildirib. Gəncədə yığılacaq elektrobusların xarici ölkələrə, xüsusilə Gürcüstana ixrac olunması da planlaşdırılır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda yod zavodunda dərman istehsal olunacaq

Azərbaycanda yod zavodunda dərman istehsal olunacaq

Neftçaladakı yod zavodunda yod və brom duzu ilə yanaşı, gələcəkdə xörək duzu və yod təyinatlı dərman preparatlarının istehsalı planlaşdırılır. Bu barədə AZƏRTA...

1802 Sosial 14:32 27 sentyabr 2016

Son xəbərlər