Azərbaycan avtobus istehsalına başladı

19
may
2016
18:18
"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) ilk avtobusların yığılmasını həyata keçirməyə başlayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib.
X.Fətiyev qeyd edib ki, istehsalın lokallaşdırılması 50 faizə çatacaq: "Zavodda istehsal edilən avtobuslar şəhər tipli olacaq və onlardan Bakıda və bölgələrdə istifadə etmək mümkün olacaq".
O qeyd edib: "Avtobuslarımızın və onların mühərriklərinin keyfiyyəti çox yüksək səviyyədə olacaq. Banları özümüz yığacağıq, mühərrikləri isə xarici istehsalçılardan alacağıq".
BAKU.WS

Oxşar xəbərlər
Ay tutulması Azərbaycanda da müşahidə ediləcək
2016-cı ilin ilk ay tutulması baş verib. BAKU.WS məlumat verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direkt...