Azərbaycan həbsxanasında eşq macərası (VİDEO)
ARB TV-də yayımlanan "Rezonans" verilişindən iki məhbusun həyat hekayəsindən bəhs edilib.
BAKU.WS xəbər verir ki, bu dəfə verilişdə həbsdə olan cütlük öz məhəbbətlərindən danışıb. Qoşulub qaçdıqlarını söyləyən cütlük bir-birlərini hələ də çox sevdiklərini bildirib.
9 il həbs cəzasına məhkum edilən Natiq İsmayılov sevdiyi qadınla Balakən rayonunda tanış olduğunu, daha sonra isə qaçıraraq Bakıya gətirdiyini qeyd edib.
7 illik məhkum həyatı yaşamağa məcbur olan Elmira İsmayılova da yoldaşını çox sevdiyini bildirib.
"Onunla çox gözəl günlərimiz keçib. Çox yaxşı idi hər şey. Səhər işə gedir, axşam isə evə gəlirdi".
"Həqiqətən əgər bir-insan birini sevirsə heç kim onların arasına gorə bilməz. Ömür boyu fikirləşə bilmərəm ki, o, məni atar. Mən onu ömür boyu unuda bilmərəm. Onun haqqında danışanda sevinə-sevinə danışıram. Adını eşidəndə çox sevinirəm", - deyə Natiq ismayılov söyləyib.
Hazırda həbsxanada çörək bişirən Natiq ismayılov azadlığa çıxdıqdan sonra da bu işi davam etdirəcəyini bildirib.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
"Xəyanət etsə, ərimi öldürərəm!"
Əməkdar artist Naibə Allahverdiyeva şəxsi həyatından danışıb. Axşam.az-a bildirir ki, aktrisa "Lider maqazinə" açıqlamasında həyat yoldaşı ilə tanış olmasında...