Azərbaycanlı müğənni 13-cü mərtəbədən aldığı evə görə peşman oldu - SƏBƏB

Müğənni Kərim Abbasov Bakıda mərkəzi yerlərdən birində aldığı evdən peşman olub.
BAKU.WS xəbər verir ki, sənətçi bu barədə aparıcısı olduğu "MEQA ŞOU" verilişində bildirib.

Sənətçi qeyd edib ki, bir səhv edib və 13-cü mərtəbədən ev alıb. Binanın sakinləri Kərimi hər dəfə liftdə görəndə ona şou-bizneslə bağlı suallar verərək narahat ediblər:
"Bir ara səhv etdim buralarda bina evindən bir mənzil aldım. Ev 13-cü mərtəbədə yerləşdirdi. O 13-cü mərtəbədən liftə minəndə o binada yaşayan sakinlərlə rastlaşırdım. Mənə deyirdilər ki "Kərim bəy, siz də burada yaşayırsınız?" deyirdim ki "Bəli". Sonra başlayırdılar mənə şou-bizneslə bağlı suallar verməyə... Birinci mərtəbəyə qədər Aygün Kazımova, Namiq Qaraçuxurlu, Xumar Qədimovadan tutmuş hamı barəsində suallar verirdilər. Musiqi qalıb kənarda. Camaata arada yaşanan münasibətlər o qədər maraqlıdır ki... Məndən tam dəqiq məlumat almağa çalışıradılar. Dedim qardaş burada yaşamağa dəyməz".

Oxşar xəbərlər
Azərbaycanlı futbolçunun toyunda təsirli anlar - Müğənni Nuranı görən gəlin ağladı
Azərbaycanlı futbolçu Vüqar Bəybalayevin toyu olub. BAKU.WS xəbər verir ki, idmançının şad günü Sumqayıtdakı restoranlardan birində baş tutub. Vüqar sevib-seçdi...
