Aybəniz Haşımova: “O görüntülərə baxanda bədənim çat-çat olur” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yeganə övladını 2 ay əvvəl gəlin köçürən Aybəniz Haşımova toyun videoyazısını, ələlxüsus da Aynişanın adını daşıdığı nənəsinin rəqs etdiyi görüntüləri izləyərkən hələ də həyəcan keçirdiyini deyir.
BAKU.WS xəbər verir ki, “Bülbüllər” qrupunun yaradıcısı, Əməkdar artist Aybəniz xanım “Şou ATV” proqramında maraqlı faktı açıqlayıb:
“Qayınanam oğlu şəhid olandan sonra ilk dəfə qızımın toyunda qol qaldırıb rəqs etdi. Aynişanın toyundan əvvəl qaynımın qızının toyu oldu. Mən onu meydana dəvət etdim və xahiş etdim ki, gəl rəqs et. Gəldi, amma əlini qaldırmadı. İnanın ki, o görüntülərə baxanda, bədənim çat-çat olur. Həmin kadrları təkrar-təkrar izləyəndə çox kövrəlirəm. Özümdən asılı deyil”.
Oxşar xəbərlər
Aktrisa Nərgiz Əliyeva: "3 gün cinlərlə yaşamışam" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aktrisa Nərgiz Əliyevadır. - Özünüzü necə təqdim edərdiniz?- Nərgiz Əliyeva. - Necə oldu ki, "Maşın şou"ya qatıldınız?- "Maşın şou"...