Ayan Babakişiyeva: "Dollar əskinazı deyiləm ki, hamı məni bəyənsin"
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Ayan Babakişiyeva tənqid edilməsindən danışıb.
BAKU.WS xəbər verir ki, "Qonaqcanlı" verilişinə qonaq olan ifaçı tənqid edilən son fotosessiyası barədə fikirlərini bildirib.
Ayan qeyd edib ki, təhqir olmadığı müddətcə haqqında səsləndirilən tənqidləri normal qəbul edir:
"Mən dollar əskinazı deyiləm ki, hamı məni sevsin və bəsləsin. Ona görə də tənqidə yaxşı yanaşıram. Təhqir səviyyəsinə keçməyincə mən tənqidi normal qəbul edirəm. Heç kim heç kimin özəl həyatında atdığı səhv addıma görə, keçmişinə görə qınamasın və o dərinliyə getməsin".
Ətraflı videoda:
Oxşar xəbərlər
17 yaşında ailəsinə qarşı aclıq aksiyası keçirib: "38 kiloqrama düşdüm"
Məşhur aktrisa Demet Evqar gənclik illəri ilə bağlı etiraf edib. BAKU.WS xəbər verir ki, aktrisa qatıldığı televiziya proqramında konservatoriyaya girə bilmək...