“Arka sokaklar”dakı ana obrazının gənclik FOTOları yayıldı – biabır oldu

“Arka sokaklar”dakı ana obrazının gənclik FOTOları yayıldı – biabır oldu
Şou-biznes 4797

Türkiyəli aktrisa Filiz Taçbaş, gənclik illərində çəkdirdiyi fotoşəkillərin internetdən silinməsi üçün imzaladığı sənədə görə hakim qarşısına çıxarılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Taçbaş müxtəlif internet saytlarında yayımlanan gənclik fotoşəkillərindən narahat olaraq onların silinməsi üçün külli miqdarda vəsait qarşılığında İT mütəxəssisi Məhəmməd K. ilə razılaşma imzalayıb. Məhəmməd K. öz öhdəliyini yerinə yetirərək Taçbaşa aid şəkilləri internetdən silib. Lakin aktrisa vəd etdiyi məbləği ödəməkdən imtina edib. Üstəlik də Məhəmməd K.-nın ondan santajla yolu ilə pul tələb etdiyini iddia edərək şikayət edib. 

İddiaya görə, İT mütəxəssis məşhur aktrisa ilə parkda görüşərək ona zorla sənəd imzaladıb. Lakin  Məhəmməd K. əlindəki sənədləri təqdim edərək borcun ödənilməsini tələb etsə də, buna nail ola bilməyib. İT mütəxəssis məhkəməyə müraciət edib.

ƏLİ

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər