Ağacan Əbiyev: “Məhəmməd Əli idman dünyası üçün heç nə etməyib”

Ağacan Əbiyev: “Məhəmməd Əli idman dünyası üçün heç nə etməyib”
İdman 5375

"1997-ci ildə Məhəmməd Əli ilə görüşümüz olub. Həmin ildə Məhəmməd Əlinin 55 yaşı ilə bağlı doğulduğu Kentukki ştatında turnit təşkil edilmişdi”.

Bunu AzVision.az–a açıqlamasında Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Əbiyev deyib.

Deputat bildirib ki, Məhəmməd Əlinin doğum günü ilə əlaqədar təşkil edilən turnirdə iki boksçumuz - Rövşən Hüseynov və Əli İsmayılov iştirak edib.

"Turnirə gedəndə özümüzlə hədiyyə aparmışdıq. Məhəmməd Əli ilə görüşəndə hədiyyəni ona təqdim etdik və xatirə şəkili çəkdirdik. Həmin turnirdə dünyanın bir çox ölkələrindən idmançılar iştirak edirdi. Məhəmməd Əli həmin vaxtlarda da xəstə idi, hətta danışmaqda çətinlik çəkirdi”.

Millət vəkil hesab edir ki, Məhəmməd Əlinin yaxşı boksçu olsa da, dünyada boksun inkişafı üçün heç nə etməyib: "Məhəmməd Əli gözəl boksçu olub. Öz üzərində işləyib, həyatı və ölkəsi üçün uğurlar əldə edib. Ən azından istedadlı boksçu idi. O, rinqə çıxaraq pul qazanırdı. Hesab edirəm ki, ən yaxşı profesional boksçu Con Luis olub. Sonra Məhəmməd Əli onu əvəz edib. Yaxşı insan olan Məhəmməd Əli idman dünyası və Olimpiya hərəkatı üçün heç nə etməyib”.

BAKU.WS

Oxşar xəbərlər

Məhəmməd Əlinin cənazəsində böyük kortej (VİDEO)

Məhəmməd Əlinin cənazəsində böyük kortej (VİDEO)

32 il boyunca parkinson xəstəliyiylə mübarizə apardıqdan sonra dünyasını dəyişən Məhəmməd Əlinin ölümü bütün dünyanı kədərə qərq edib. BAKU.WS-in məlumatına g...

3071 Şou-biznes 15:53 06 iyun 2016

Son xəbərlər