Əfsanə bizi tərk etdi (VİDEO)
Əfsanəv boksçu dünyasını dəyişdi. İdman dünyasının ən parlaq və məşhur simalarından olan əfsanəvi boksçu Məhəmməd Əli bu səhər 75 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, idmançı ABŞ-ın Finiks şəhərindəki xəstəxanalardan vəfat edib.
Məhəmməd Əli 1980-ci illərdən bəri Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Boks tarixçiləri, idman ekspertləri, boksçular və azarkeşləri tərəfindən "bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən ağır çəkidə çıxış etmiş əfsanəvi peşəkar amerikalı həm də insan hüquqları mühafizəçisi və ABŞ-da ilk İslam təşkilatının liderlərindən biri olub.
1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olub. "Time" jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançı olub.
Məhəmməd Əli idman tarixin ən yaxşı idmançısı seçilib.
1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu, 1974-1978-ci illərdə WBC, 1967, 1974—1978, 1978-ci illərdə WBA versiyası üzrə dünya çempionu olub.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda idmançı özünü binadan atdı
Bakıda intihar hadisəsi baş verib. Xətai Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə "Həzi Aslanov” metro stansiyasının yaxınlığında, Məh...