"Apple" şirkəti ucuz "iPhone"lar istehsal edəcək - TARİX BİLİNDİ

"Apple" şirkəti fevral ayından sərfəli qiymətə "iPhone" istehsal etməyə başlayacaq.
BAKU.WS "Bloomberg"ə istinadla xəbər verir ki, "Apple" şirkəti yeni modeli mart ayında elan edəcək.
Yeni cihazda "Touch ID"ni dəstəkləyən "home" düyməsi olacaq. "Apple" şirkəti "Face ID" funksiyasını yeni modeldə istifadə etməyəcək.
Yeni telefonun "iPhone SE 2" adlandırılacağı iddia olunur. Smartfonun prosesoru hazırkı “Iphone 11” ilə eyni olacaq.
Şirkət ucuz smartfon istehsal edərək "Android" cihazlarla rəqabət aparmağa çalışacaq.
Telefonun qiymətinin digər "iPhone" modellərindən ucuz olacağı gözlənilir.
Oxşar xəbərlər
Yeni "iPhone" XS və XC modellərinin qiyməti bilindi - 749 və 999 dollar (VİDEO)
"Apple" şirkəti yeni "iPhone" modellərini 12 sentyabrda nümayiş edəcək. BAKU.WS-in məlumatına görə, bu dəfə "iPhone XS" və "iPhone XC" modeli təqdim olunacaq. "...
